...

Nazirlər Kabinetinin qərarı ilə 70 yaşdan sonra pensiyaya çıxmaq mümkün olacaq

Cəmiyyət Materials 16 Fevral 2018 21:00 (UTC +04:00)
Yaponiyanın Nazirlər Kabineti ölkə sakinlərinə 70 yaşdan sonra pensiyaya çıxmaq imkanı verən proqramı təsdiqləyib.
Nazirlər Kabinetinin qərarı ilə 70 yaşdan sonra pensiyaya çıxmaq mümkün olacaq

Bakı. Trend:

Yaponiyanın Nazirlər Kabineti ölkə vətəndaşlarına 70 yaşdan sonra pensiyaya çıxmaq imkanı verən proqramı təsdiqləyib.

Trend-in məlumatına görə, proqramda təsdiq olunan tədbirləri 2020-ci ildə tətbiq etmək planlaşdırılır.

Proqramın təsdiqlənməsi isə hökumət tərəfindən zəruri addım kimi qiymətləndirilib. Belə ki, bunun səbəbi Yaponiyada işçi qüvvəsinin çatışmazlığı ilə izah olunur.

Qeyd edək ki, hazırda Yaponiyada mövcud qanunvericiliyə görə, vətəndaşlar 65 yaşda pensiyaya çıxa bilərlər.

Bundan başqa, qanunvericiliyə görə, 60-70 yaş arası olan vətəndaşların isə istənilən vaxt pensiyaya çıxmaq hüququ var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti