...

Sumqayıt, Gəncə və Abşeronda 1-ci sinfə gedəcək şagirdlərin sayı açıqlanıb

Cəmiyyət Materials 21 Fevral 2018 13:07 (UTC +04:00)
Sumqayıt, Gəncə və Abşeronda 1-ci sinfə gedəcək şagirdlərin sayı açıqlanıb.
Sumqayıt, Gəncə və Abşeronda 1-ci sinfə gedəcək şagirdlərin sayı açıqlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda təqribən 16-17 min şagird 1-ci sinfə gedəcək.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.

O bildirib ki, həmin şagirdlərin 60 faizi, yəni 8 min nəfərdən çoxu məktəbəhazırlıq qruplarında təhsil aldıqları üçün onlar 1-ci sinfə birbaşa qəbul olunacaqlar.

C.Valehov əlavə edib ki, ötən il ölkə üzrə 5 yaşı tamam olan uşaqların 55 faizi təhsil alıb. Bu il isə bu göstərici 65 faiz olub.

Qeyd edək ki, bu ildən Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda da 1-ci sinfə qəbul elektron qaydada aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti