...

Skautlar cəbhə bölgəsində xidmət edən əsgərlərlə görüşüb (FOTO)

Cəmiyyət Materials 28 Fevral 2018 10:53 (UTC +04:00)
Azərbaycan Skautlar Assosiasiyasın təşəbbüsü ilə Azərbaycan və Türkiyə skautlarından ibarət qrup cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərlə görüşüb.
Skautlar cəbhə bölgəsində xidmət edən əsgərlərlə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, eləcə də Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Skautlar Assosiasiyasın təşəbbüsü ilə Azərbaycan və Türkiyə skautlarından ibarət qrup cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərlə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 150 nəfərədək skautdan ibarət nümayəndə heyəti hərbi hissədə xidmət və məişət şəraiti ilə tanış olub, əsgərlərlə söhbət apararaq onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıb. Gənc skautların Azərbaycan əsgərinə ünvanladıqları məktublar da şəxsi heyətə çatdırılıb.

Hərbi hissəyə səfər çərçivəsində ərazidə ağaclar əkilib və qonaqlar əsgərlərlə birgə nahar edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti