...

Paşayev: Metroda problem tam aradan qaldırıldı

Cəmiyyət Materials 5 Mart 2018 11:24 (UTC +04:00)
Bakıda metro stansiyalarında yaranan sıxlıq aradan qaldırılıb.
Paşayev: Metroda problem tam aradan qaldırıldı

Bakı. Samir Əli - Trend:

Bakıda metro stansiyalarında yaranan sıxlıq aradan qaldırılıb.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, interval saat 9:45-də bərpa olunub:

"Hazırda intervalda gecikmə yoxdur, stansiyalarda sərnişin sıxlığı aradan qaldırılıb".

Xatırladaq ki, bu gün səhər saat 08:15 radələrində metronun "Nəriman Nərimanov" stansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən qatarların hərəkət intervalında gecikmə baş verib, nəticədə stansiyalarda sərnişin sıxlığı yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti