“Botoks” və digər kosmetik preparatların qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

“Botoks” və digər kosmetik preparatların qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin əməlləri ifşa edilib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, əhalinin sosial rifahının yaxşılaşdırılması, sağlamlığının qorunması, hər bir vətəndaşın fiziki və ruhi sağlamlığının mühafizəsi və tibbi yardımla təminatına yönəldilmiş tibbi-sosial xarakterli islahatlar və dövlət proqramlarının uğurlu icrası bu sahənin ölkədə prioritet məsələlər sırasına qaldırılmasının bariz nümunəsidir.

Son dövrlər ayrı-ayrı həkim-kosmetoloqlar tərəfindən istifadə zamanı insan sağlamlığına bərpaolunmaz zərər vurmaqla əhali arasında geniş narazılığa səbəb olan saxta, mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış, habelə dövlət qeydiyyatından keçməyən məişətdə “botoks” kimi tanınan dərman vasitələrinin və kosmetik preparatların istehsalı, satışı və idxalı barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi külli miqdarda törədildikdə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış ilkin istintaq-əməliyyat tədbirləri ilə İran vətəndaşları Jahani Hiveh Chi Hamid və Fakhri Dameshgiyeh Khosronun Bakı şəhərində yaşadıqları ünvanlar müəyyən edilərək onlara baxış keçirilərkən, bu qəbildən qanunazidd əməlləri ifşa olunub.

Belə ki, Jahani Hiveh Chi Hamidin yaşadığı ünvanda keçirilmiş baxış zamanı üzərində “Canotix 50 units” sözləri yazılmış və satış qiyməti 80 manat təşkil edən 52 ədəd dərman preparatları, “Canotix 100 units” sözləri yazılmış və qiyməti 110 manat təşkil edən 66 ədəd dərman vasitələri və üzərində hər hansı etiket olmayan 196 ədəd olmaqla, ümumilikdə 314 ədəd şüşə konteynerdə qablaşdırılmış dərman vasitəsi, habelə həmin qablaşdırmaların üzərinə yerləşdirmək üçün üçün istifadə olunan yapışqan etiketlər və digər bu kimi dərman preparatları aşkar edilərək götürülüb.

İstintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, hər iki şəxs qeyd edilən dərman vasitələrini gömrük orqanlarına bəyan etmədən ölkə ərazisinə gətiriblər. Bundan başqa, Jahani Hiveh Chi Hamid kuryer xidmətlərindən istifadə etdiyi qohumu-Bakı şəhər sakini Qədirov İlqar Variş oğlunun 99-KP-072 dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilinə baxış keçirilərkən üzərində “Canotix 50 units” sözləri yazılmış 8 ədəd və “Canotix 100 units” sözləri yazılmış 7 ədəd dərman preparatları aşkar edilərək götürülüb.

Aparılmış istintaqla həmçinin müəyyən edilib ki, İran vətəndaşı Ghahremani Hafez Habib “Dərman Vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinin tələbinə əsasən, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız Səhiyyə Nazirliyi və ya onun səlahiyyət verdiyi qurum tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra yol verildiyi halda, qanunun həmin tələbini pozaraq, Tehran-Bakı-Tehran marşrutu üzrə idarə etdiyi “Scania” markalı 86b666-10 qeydiyyat nişanlı sərnişin avtobusu ilə 21 fevral 2018-ci il tarixdə saat 11 radələrində İrandan Azərbaycana Astara Gömrük keçid məntəqəsindən külli miqdarda malları-100 ədəd “Canotix 50 units” dərman preparatını sellofan torbaya bükərək avtobusun salonunda gizlədib gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq edib.

İstintaqla daha sonra müəyyən edilib ki, Abizadə İmran İbrahim oğlu qanunsuz olaraq dərman preparatları və kosmotoloji vasitələrin satışı ilə məşğul olmaq üçün 2017-ci ilin noyabrından 2018-ci il fevralın 20-dək olan dövr ərzində müxtəlif vaxtlarda İrandan Azərbaycana Astara Gömrük keçid məntəqəsindən gömrük nəzarətindən hissə-hissə gizli keçirdiyi külli miqdarda malları - cəmi 16.515 manat dəyərində 245 ədəd mənşəyi məlum olmayan “Canotix 100 units” dərman preparatını Bakı şəhər sakini Qələndərova Zəkiyyə Qəzənfər qızına satıb.

Qeyd edilən faktlarla Jahani Hiveh Chi Hamid, Fakhri Dameshgiyeh Khosro, Ghahremani Hafez Habib və Abizadə İmran İbrahim oğlu dərman vasitələrinin külli miqdarda qanunsuz dövriyyəsi ilə məşğul olmaqla və Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və digər əşyaların külli miqdarda keçmələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunub. Jahani Hiveh Chi Hamid və Abizadə İmran İbrahim oğlunun barəsində polisin nəzarəti altına vermə, Fakhri Dameshgiyeh Khosronun və Ghahremani Hafez Habib barəsində isə həbs növündə qətimkan tədbirləri seçilib.

Cinayət işləri üzrə hərtərəfli, obyektiv və tam istintaq aparılmasının təmin edilməsi üçün həmin şəxslərdən götürülmüş müxtəlif növ dərman preparatlarının standartlara uyğun olub-olmamasının aydınlaşdırılması və qeyd olunan dərman vasitələrinin əldə edilmə mənbəyinin, satışın həyata keçirildiyi dairənin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri keçirilməsi təmin edilməklə, bu növ qanunazidd əməllərə məruz qalmış vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur.

"Twitter"in işində qüsurlar yaranıb
"Twitter"in işində qüsurlar yaranıb
"Instagram"da ödənişli abunəçilik funksiyası əlavə olunacaq
"Instagram"da ödənişli abunəçilik funksiyası əlavə olunacaq
Yeni iPhone SE-nin texniki xüsusiyyətləri açıqlanıb
Yeni iPhone SE-nin texniki xüsusiyyətləri açıqlanıb
Loading Bars
Xəbər lenti
İranda ötən sutka 21 nəfər koronavirusdan ölüb
Lənkəranda qanunsuz ov edən şəxslər saxlanılıb
İstanbul hava limanında uçuşlar dayandırılıb
İsrail dördüncü dozanın daha davamlı olduğunu elan edib
Qaxda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
İndiyə qədər COVİD-19 pasportu olmayan 64 mindən çox şəxs şənlik mərasimlərinə buraxılmayıb - DİN
NEQSOL Holding HR peşəkarları üçün Strateji HR Biznes Tərəfdaş Proqramını həyata keçirib
Nağdsız əməliyyatların həcmi bir ildə 83 faiz artıb
Azərbaycan -Türkiyə münasibətləri planlı formada hər sahədə inkişaf etdirilir - Elşan İzzetgil
“Azərlotereya” yeni “Ekpres Keno” virtual lotereyasını təqdim edib (VİDEO)
Azərbaycanda pul kütləsi artıb
Azərbaycanda karantin müddətinin 14 gündən 7 günə endirilməsinin səbəbi açıqlanıb
Ağdamda kafe yanıb (VİDEO)
Şuşaya səfər edənlər bu qaydalara riayət etməlidir
Əhalinin banklardakı əmanətlərinin həcmi tarixi maksimuma çatıb
Azərbaycanda bank işçilərinin sayı artıb
Kapital Bank Visa-nın 3 mükafatına layiq görülüb
Bu il 100-dən çox kəndin enerji şəbəkəsi yenidən qurulacaq (VİDEO)
Rusiyada növbəti dəfə ən yüksək yoluxma qeydə alınıb
Avtobus reysinin açılması Şuşa üçün xüsusi əhəmiyyət daşıyır - Aydın Kərimov
Ukraynaya gedən Azərbaycan turistlərinin sayı açıqlanıb
İlk sərnişin avtobusu Şuşaya çatıb (FOTO/VİDEO)
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında gömrük sahəsində əməkdaşlıqla bağlı saziş təsdiqlənib
Azərbaycan və Qətər arasında viza rejimi ləğv olunub
Binəqədidə 10-dan çox narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb, 1 nəfər saxlanılıb (FOTO)
Zakir Həsənov Finlandiya XİN nümayəndə heyəti ilə görüşüb (FOTO)
VIII Qlobal Bakı Forumunun videohesabatı hazırlanıb (VİDEO)
Ötən gün 33 yanğın olub (FOTO/VİDEO)
Prokurorluq tərəfindən məhkəmə hökmlərindən ümumilikdə 1093 iş üzrə apellyasiya protesti verilib
Toylarda 150 nəfərlik limit artırılacaq? (ÖZƏL)
Azərbaycan Gimnastika Federasiyası iki illik fasilədən sonra yerli yarışlara start verir
Xaricdə gizlənən 32 şəxs Azərbaycana ekstradisiya edilib
Xaricdə təhsil alan və yerli xəstəxanalarda işə cəlb olunacaq həkimlərin maaşı açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
Bolqarıstanın energetika naziri Azərbaycana gələcək
“Azərpambıq ASK” MMC-də pambıq əkininə hazırlıq işləri uğurla davam etdirilir
Qanunsuz parklanma təşkil edənlər iki min manat cərimələnəcək
Qubada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Bakıdan çıxan sərnişin avtobusu Ağdama çatıb (FOTO)
Sürücülər bu pozuntuya görə 40 manat cərimələnəcək
Vətən müharibəsində ziyan görmüş 294 sahibkara 4,7 milyon manat kompensasiya ödənilib - KOBİA
Türkiyədə müalicə alan 25 hərbçiyə əlillik təyin ediləcək
“Həvəskar Peyk Modelləşdirilməsi” müsabiqəsinə start verilib
Azərbaycanda parklanmaya görə cərimələr artırılır
Qazaxıstanda yeni komandanlıq təsis edilib
249 uşaq üzərində ürək və damar əməliyyatı keçirilib
Tibb və qeyri-tibb heyətinin əməkhaqları artıb
Bakıda “Azərsu”nun işçisi adı ilə vətəndaşlardan pul alan şəxs peyda olub (FOTO)
Azərbaycanda velosiped yolları müəyyən edilir
İcbari tibbi sığorta ilə işləyən xəstəxanaların sayı artırılıb (SİYAHI)
Xəstəxanalara ən çox bu xəstəliklər üzrə müraciət olunur
Ötən il Baş Prokurorluq valideyn hüquqlarının məhdudlaşdırılması üçün 12 iddia qaldırıb
Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün yeni cərimələr müəyyən edilir
Təqsirləndirilən şəxslərin xaricdəki əmlaklarının müsadirəsinə başlanılıb
Ağdamda ermənilərin dağıtdığı tarixi abidələr sərgilənəcək (FOTO)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz - Avropa və İngiltərədə risklər yenidən artır
Ötən il amnistiya tətbiq edilən şəxslərin sayı açıqlanıb
Dəmiryol stansiyasından çuqun barmaqlıqlar oğurlanıb (FOTO)
Ötən ilin sonu İrana səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Qadağan edilmiş məlumatları yerləşdirən sosial media istifadəçilərinə xəbərdarlıq edilib, 1 nəfər həbs olunub
Çayxanada qumar oynayanlar saxlanılıblar
Litvada məktəblər distant təhsilə keçir
Buraxılış imtahanlarının dəqiq tarixləri nə üçün gec açıqlanır?
Jurnalistlər məlumatlarla təmin edilməlidir - Əhməd İsmayılov
Bu şəxslərin uşaq musiqi məktəblərində pedaqoji fəaliyyətinə icazə verilib
Bağlı qalmış 8 cinayət işi açılıb
Şəkidə sərxoş vəziyyətdə avtomobil idarə edən bacanaqlar saxlanılıb (FOTO/VİDEO)
Bərdə sakini qonşusunu güllələyib öldürüb
Ötən il Baş Prokurorluğun İstintaq idarəsində 96 cinayət işinin istintaqı tamamlanıb - Kamran Əliyev
Pekində Qış Olimpiya Oyunlarına gələn daha 6 nəfərdə koronavirus aşkar edilib
Tərtərdə qanunsuz ov edən şəxs saxlanılıb
Dillər Universitetində Qış Olimpiya Oyunlarına həsr olunmuş seminar keçirilib (FOTO)
A-Qroup sığorta şirkəti Lənkəran şəhərində yeni nümayəndəlik açıb (FOTO)
Ermənistanın cinayətləri ilə bağlı xüsusi dinləmə keçiriləcək
Azad edilmiş ərazilərə reinteqrasiya ilə bağlı qanun layihəsi hazırlanacaq
Evdən çıxan 5 koronavirus xəstəsi saxlanılıb, 1 nəfərə cinayət işi açılıb
Ötən həftə 67 hektardan çox ərazi minalardan təmizlənib
Ermənistanda prezidentliyə mümkün namizədlərin adı açıqlanıb
Ötən il qeydə alınmış cinayətlərin 87,3 faizinin üstü açılıb - Baş prokuror
Uşaq cərrahı Vüsal Cəfərov canlı yayımda “Uşaqlarda Laparoskopik cərrahiyyə” mövzusunda çıxış edəcək
Bu yolda hərəkət birtərəfli olacaq (VİDEO)
Həftəsonu 700-dən çox toyda monitorinq aparılıb, 16 nəfər cərimələnib
Masallı sakinlərindən qanunsuz silah götürülüb
2022-ci ildə Avropa-Qafqaz-Asiya dəhlizi çərçivəsində yeni pilot layihə işə salınacaq - TRACECA (MÜSAHİBƏ) (FOTO/VİDEO)
Sumqayıtda ikimərtəbəli evdə yanğın nəticəsində 1 nəfər ölüb
Sabirabadda qanunsuz ov edən şəxs saxlanılıb (FOTO)
Alimlər ilk dəfə canlı hüceyrənin tam dolğun modelini hazırlayıblar
2021-ci il vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımından uğurlu bir il oldu
Pekində COVID-19-un yayılması Çinin digər bölgələrində də epidemioloji vəziyyətini pisləşdirib
Şuşa və Ağdama ilk sərnişin avtobus reysi yola düşdü (FOTO)
Azad edilən torpaqlara avtobus reyslərinin açılması bu ərazilərin inteqrasiyasında mühüm rol oynayacaq - DANX
Yanvar ayında Avropa rekord həcmdə maye qaz idxal edəcək
Husilər Səudiyyə Ərəbistanına ballistik raket atıblar
Pentaqon Avropada əlavə 5000-ə qədər ABŞ hərbçi yerləşdirilməsi planını təqdim edib
Peyvənd olunmuş insanlarda "omikron"un beş simptomu açıqlanıb
ABŞ HDQ husilərə partlayıcı maddələr daşıyan gəmini ələ keçirib
Qarlı hava şəraiti səbəbindən Ankara ilə İstanbulu birləşdirən yol bağlanıb
İtaliya parlamentində ölkə prezidenti seçkilərinə start verilir
Kaliforniyada şənlik zamanı atışma nəticəsində azı 4 nəfər ölüb
Bütün xəbərlər