...

Bakı Ticarət Limanı blokçeyn texnologiyasından istifadə etmək istəyir

Cəmiyyət Materials 13 Mart 2018 17:47 (UTC +04:00)
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı öz fəaliyyətində blokçeyn texnologiyasını tətbiq edəcək.
Bakı Ticarət Limanı blokçeyn texnologiyasından istifadə etmək istəyir

Bakı. Maksim Tsurkov - Trend:

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı öz fəaliyyətində blokçeyn texnologiyasını tətbiq edəcək.

Trend-in məlumatına görə, bunu Limanın rəhbəri Taleh Ziyadov Bakıda keçirilən "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" beynəlxalq konfransında deyib.

O qeyd edib ki, Ələtdəki yeni Bakı limanını Xəzərdə daha texnoloji limana çevirmək planlaşdırır:

"Biz blokçeyn texnologiyalarından istifadə etməyi planlaşdırırıq. Bu, əməliyyatları əhəmiyyətli dərəcədə sürətləndirməyə imkan verəcək, əməliyyatları daha şəffaf edəcək, liman isə Xəzərdə ən texnoloji liman olacaq".

Limanın rəhbəri bildirib ki, artıq may ayında, tikinti işlərinin birinci mərhələsinin başa çatması ilə liman ildə 15 milyon ton yük aşıra biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti