...

Azərbaycan və Belarus lift və generatorların birgə istehsalına başlaya bilər

Cəmiyyət Materials 14 Mart 2018 12:59 (UTC +04:00)
Azərbaycan və Belarus lift və generatorların birgə istehsalı imkanını müzakirə edirlər.
Azərbaycan və Belarus lift və generatorların birgə istehsalına başlaya bilər

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan və Belarus lift və generatorların birgə istehsalı imkanını müzakirə edirlər.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov "Belarus seqodnya" portalında dərc olunan məqaləsində bildirib.

Səfir qeyd edib ki, birgə zavodun Azərbaycanda tikiləcəyi nəzərdə tutulur.

Maşınqayırma sahəsində əməkdaşlığa nümunə kimi L.Qəndilov Minsk Traktor və Avtomobil zavodlarının traktor və digər məhsullarının yığımının həyata keçirildiyi Azərbaycan və Belarus birgə müəssisəsi - Gəncə Avtomobil Zavodunu göstərib:

"Bu zavodun məhsullarının üçüncü ölkələrin, həmçinin Gürcüstan və Yaxın Şərq ölkələrinin bazarlarına çıxarılması məsələsinə baxılır. Hazırda Türkiyədə Gəncə Avtomobil Zavodunun filialı tikilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti