...

Bakı-İstanbul aviareysi cədvəl üzrə uçub, gecikmə qeydə alınmayıb

Cəmiyyət Materials 17 Mart 2018 18:07 (UTC +04:00)
Bakı-İstanbul aviareysi cədvəl üzrə uçub, gecikmə qeydə alınmayıb.
Bakı-İstanbul aviareysi cədvəl üzrə uçub, gecikmə qeydə alınmayıb

Bakı. Trend:

"Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus “Boeing” təyyarəsi İstanbulun Atatürk Hava Limanına eniş edəndən sonra hava gəmisinin ehtiyat trapı açılıb.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Trend-ə bildirib ki, ehtiyat trap açılandan dərhal sonra bağlanıb, problem tez bir zamanda aradan qaldırılıb:

“Bakı-İstanbul reysi ilə uçan təyyarə artıq Bakıdadır. Təyyarə cədvəl üzrə uçub və heç bir gecikmə qeydə alınmayıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti