...

“Bank Respublika” regionlardakı uşaq evlərində şənlik təşkil edib (FOTO)

Cəmiyyət Materials 19 Mart 2018 10:33 (UTC +04:00)
Bank Respublika bu dəfə Novruz bayramı ərəfəsində paytaxtdan kənarda yerləşən uşaq evlərində balacalar üçün "ŞƏN çərŞƏNbə" adlı sosial layihə həyata keçirdi.
“Bank Respublika” regionlardakı uşaq evlərində şənlik təşkil edib (FOTO)

Bakı. Trend:

Yurdumuza bahar təravətli Novruz gəlir. Novruz xoş ovqatdır, xoş əhval-ruhiyyədir, arzudur, istəkdir, amaldır. Bəs bilirsinizmi Novruz bayramını ən çox kim gözləyir, arzulayır? Əlbəttə ki, balacalar!

Bankdan Trend-ə verilən məlumata görə, Hər zaman sosial məsuliyyət siyasəti çərçivəsində faydalı layihələr reallaşdıran Bank Respublika bu dəfə Novruz bayramı ərəfəsində paytaxtdan kənarda yerləşən uşaq evlərində balacalar üçün "ŞƏN çərŞƏNbə" adlı sosial layihə həyata keçirdi.

Layihə çərçivəsində bankın əməkdaşları Novruz bayramının hər çərşənbə axşamı Şəki, Lənkəran və Gəncə şəhərlərində yerləşən uşaq evlərinə səfər etdilər. Oradakı balaca fidanlar üçün bayramın rəmzi olan Kosa və Keçəlin iştirakı ilə bayram şənliyi təşkil edərək onlara şən çərşənbə axşamı yaşatdılar. Maraqlı keçən şənlik uşaqlar tərəfindən böyük sevinclə qarşılandı. Uşaqlar bankın əməkdaşları ilə birlikdə müxtəlif oyunlar oynadı, şeir söylədilər, mahnılar oxudular və rəqs etdilər. Şənliyin sonunda balacalara bayram sovqatları hədiyyə edildi.

Bank Respublika bu il həyata keçirdiyi strategiya çərçivəsində sadəcə biznes sahəsində deyil, həmçinin sosial sahədə də müxtəlif layihələr həyata keçirərək cəmiyyətə faydalı olmağa davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti