...

Məleykə Abbaszadə qəbulda çətinlik yaradan daha bir amili açıqladı - NƏ?

Cəmiyyət Materials 3 Aprel 2018 17:45 (UTC +04:00)
"Magistraturaya qəbul imtahanının II mərhələsində qəbul proqramları üzrə tövsiyə olunan ədəbiyyat siyahısına rus dilində olan çoxlu sayda köhnə nəşrlər daxildir və bu, bakalavrların magistraturaya qəbul imtahanının II mərhələsinə hazırlaşmasına çətinlik yaradır".
Məleykə Abbaszadə qəbulda çətinlik yaradan daha bir amili açıqladı - NƏ?

Bakı. İlhamə İsabalayeva - Trend:

"Magistraturaya qəbul imtahanının II mərhələsində qəbul proqramları üzrə tövsiyə olunan ədəbiyyat siyahısına rus dilində olan çoxlu sayda köhnə nəşrlər daxildir və bu, bakalavrların magistraturaya qəbul imtahanının II mərhələsinə hazırlaşmasına çətinlik yaradır".

Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə bildirib: "Məlumdur ki, bəzi ali məktəb müəllimləri Azərbaycan dilində elmi ədəbiyyatın və elektron resursların azlığı səbəbindən xarici dildə olan ədəbiyyatı tərcümə edərək tələbələrə təqdim edirlər və ya bu materialları hansısa internet resurslarında yerləşdirirlər. Lakin ali məktəblər tərəfindən təqdim olunan ədəbiyyat siyahısında mənbə kimi hər hansı internet resursların adlarına rast gəlinmir".

Sədr təklif edib ki, ali təhsil müəssisələrinin qarşısında elmin aparıcı sahələri üzrə internet resurslarının yaradılması və istifadə olunan əsas tədris materiallarının orada yerləşdirilməsi məsələsi qaldırılsın.

M.Abbaszadə daha sonra qeyd edib ki, hazırda DİM tərəfindən ali təhsilin məzmunu ilə əmək bazarının tələbləri, yəni dövlət orqanlarının iş axtaranlara dair qoyduqları tələblərin müqayisəsi üzrə araşdırma aparılır. Bu araşdırmanın nəticələri də yaxın zamanlarda Şura üzvlərinə təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti