...

XİN: Muensterdə baş vermiş hadisədə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

Cəmiyyət Materials 8 Aprel 2018 12:40 (UTC +04:00)
Almaniyanın Muenster şəhərində baş vermiş hadisədə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur
XİN: Muensterdə baş vermiş hadisədə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

Bakı. Trend:

Almaniyanın Muenster şəhərində baş vermiş hadisədə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Hikmət Hacıyev qeyd edib ki, Almaniya polisindən səfirliyimizə verilən məlumata görə, Muenster şəhərində baş vermiş hadisədə ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşı yoxdur.

Qeyd edək ki, son məlumatlara əsasən, Almaniyanın Münster şəhərində yük maşınının kafedə oturan insanların üzərinə sürülməsi nəticəsində intihar edən sürücü də daxil olmaqla 3 nəfər həlak olub, 20 nəfər isə yaralanıb. Onlardan 6-nın vəziyyəti ağırdır. Şimali Reyn-Vestfaliy a federal əyalətinin daxili işlər naziri Xorbert Royl bildirib ki, Myunsterdəki insidentin terror aktı olduğu barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti