...

Yol polisi sürücülərə müraciət etdi - Bu dəfə SƏBƏB?

Cəmiyyət Materials 17 Aprel 2018 17:28 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar baş verən yol qəzaları ilə bağlı sürücülərə müraciət edib.
Yol polisi sürücülərə müraciət etdi - Bu dəfə SƏBƏB?

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar baş verən yol qəzaları ilə bağlı sürücülərə müraciət edib.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin yeni rəisi, polis mayoru Rüfət Quliyev Trend-ə bildirib ki, son günlər qeydə alınmış yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb havaların qeyri-sabit keçməsi və sürücülərin istirahət etmədən avtomobil idarə etməsidir: "Son vaxtların təhlili göstərir ki, ağır nəticəli qəzaların əksəriyyəti mövsümün dəyişməsi ilə əlaqədar havaların tez-tez yağmurlu, çiskinli və dumanlı keçməsi, eləcə də ayrı-ayrı sürücülərin sükan arxasına yorğun və yuxusuz vəziyyətdə əyləşmələri səbəbindən baş verir. Hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə uzaq məsafəli yolda nəqliyyat vasitəsini idarə edən sürücülər 3-4 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli istirahət etməlidirlər. Baş Dövlət Yol Polisi İdarəsi bu səbəblərdən baş verə biləcək yol qəzalarının qarşısının vaxtında alınması məqsədilə bir daha sürücülərin diqqətinə çatdırır ki, səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilin texniki vəziyyətinə ciddi nəzarət edilsin və yolboyu onun sazlığı nəzarətdə saxlanılsın".

Müraciətdə qeyd edilir ki, bununla əlaqədar respublika əhəmiyyətli avtomobil yollarında yerləşən DYP-nin stasionar postlarında müvafiq şərait yaradılıb, nəqliyyat vasitələrinin dayanması üçün xüsusi meydançalar təşkil edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti