...

Azərbaycan gimnastları halqa ilə hərəkətlərdə Dünya Kubokunun final mərhələsinə çıxıblar (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2018 19:55 (UTC +04:00)
Azərbaycanın gimnastika üzrə yığması Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku yarışlarında qrup hərəkətlərində finala çıxıb.
Azərbaycan gimnastları halqa ilə hərəkətlərdə Dünya Kubokunun final mərhələsinə çıxıblar (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanın gimnastika üzrə yığması Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku yarışlarında qrup hərəkətlərində finala çıxıb.

Trend-in məlumatına görə, qrupda çıxış edən Ayşən Bayramova, Duana Doman, Zeynəb Hümbətova, Aliyə Paşayeva və Siana Vasilyeva təsnifatda 17,150 xal yığaraq altıncı yerə çıxıblar ki, bununla da finala düşməyə müvəffəq olublar.

Qeyd edək ki, finala həmçinin Bolqarıstan, İtaliya, Ukrayna, Belarus, İsrail, Yaponiya və Finlandiya yığmaları çıxıb.

Sabah gimnastlar top və lentlə təsnifat yarışlarında çıxış edəcəklər. Final yarışları bazar günü olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti