...

Ümummilli lider Heydər Əliyevin 95 illiyi ilə əlaqədar ağac əkilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 1 May 2018 16:56 (UTC +04:00)
Zığ dairəsi-Heydər Əliyev Hava Limanı avtomobil yolunun kənarında növbəti ağacəkmə aksiyası keçirilib.
Ümummilli lider Heydər Əliyevin 95 illiyi ilə əlaqədar ağac əkilib (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Bakı şəhərinin Zığ dairəsi-Heydər Əliyev Hava Limanı avtomobil yolunun kənarında növbəti ağacəkmə aksiyası keçirilib.

Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, ekoloji balansın bərpası, ətraf mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi məqsədi ilə keçirilən aksiyada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, qurumun digər rəhbər şəxsləri və əməkdaşları, həmçinin Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı və təşkilatın əməkdaşları yaxından iştirak ediblər.

Bu çərçivədə keçirilən tədbirdə yüzlərlə işçi və onlarla maşın-mexanizm cəlb edilib. Aksiya zamanı Zığ dairəsi-Heydər Əliyev Hava Limanı avtomobil yolunun mühafizə zolağında xüsusi ayrılmış bir-neçə sahəyə ümumilikdə 5000 ədəd eldar şamı və zeytun ağacı, 3000 ədəd oleandara, sezalpin və qızılgül kolu əkilib. Digər bir ərazidə, Bakı Dairəvi-I yolunun kənarında isə 1000 ədəd eldar şamı, 1000 ədəd qızılgül və həmişəyaşıl kol bitkiləri əkilib.

Cari ilin əvvəlindən start götürən agacəkmə aksiyaları respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolaqlarında da keçirilib. Belə ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Gəncə-Qazax hissəsininin, Bakı-Quba-Rusiya Federasiyası ,Yevlax-Zaqatala-Gürcüstan Respublikası və Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yollarının mühafizə zolaqlarına 85 min ədəd ədəd eldar şamı, iydə, ağcaqayın, akasiya, sərv və digər müxtəlif növ ağac əkilib. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılıb.

AAYDA-nin Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri tərəfindən Bakı şəhərinin və respublikanın avtomobil yollarının mühafizə zolaqlarında 2018-ci ilin əvvəlindən indiyədək 95 min ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib. Əkilən ağacların böyük hissəsi Dövlət Agentliyinin tinglik sahələrində yetişdirilib. Bununla da yollarının mühafizə zolağında olan ağacların sayı 1 mln. 241 min 842 ədədə çatıb.

Qeyd edək ki, hazırda ölkə ərazisində ətraf mühitin sağlamlaşdırılması ilə bağlı ekoloji tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair imzaladığı sənədlər bu sahədə mühüm nailiyyətlər əldə etmək üçün hərtərəfli şərait yaradıb. Bundan başqa Heydər Əliyev Fondunun və İDEA İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin ölkəmizdə yaşıllıqların artırılmasında, mövcud yaşıllıq sahələrinin qorunmasında mühüm rolu var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti