...

"Veysəloğlu Qrup" regionlarda qanvermə aksiyasını davam etdirir (FOTO)

Cəmiyyət Materials 3 May 2018 19:55 (UTC +04:00)
Veysəloğlu Şirkətlər Qrupu “Bir damla qan, qurtarılan bir can” şüarı ilə qanvermə aksiyaları keçirir.
"Veysəloğlu Qrup" regionlarda qanvermə aksiyasını davam etdirir (FOTO)

Bakı. Trend:

Hemofiliya və talassemiyalı xəstələri qanla təmin etmək üçün Veysəloğlu Şirkətlər Qrupu mütəmadi olaraq "Bir damla qan, qurtarılan bir can" şüarı ilə qanvermə aksiyaları keçirir.

Şirkətdən Trend-ə verilən məlumata görə, növbəti belə bir aksiya şirkətin Mingəçevir lokal ofisində baş tutub. Belə ki, Respublika Mərkəzi Qan Bankının həkim heyətinin müşayiəti ilə aprel ayının son həftəsi ərzində Veysəloğlu Qrupun Mingəçevir, Bərdə, Göyçay, Şəki, Gəncə və Tovuz filiallarında 100-ə yaxın əməkdaş donor kimi iştirak edib.

Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupu mart ayında da mərkəz ofisində qanvermə aksiyası təşkil etmişdi. Həmin xeyriyyə aksiyasında 200-ə yaxın şirkət əməkdaşı qan verərək, talassemiya xəstəliyindən əziyyət çəkənlərə, eyni zamanda bədbəxt hadisə nəticəsində yaralanan insanlara dəstək olmuşdu.

Məlumat üçün qeyd edək ki, "Talassemiya" dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün dünyada 300 milyona yaxın bu xəstəliyi daşıyan insan var. Talassemiya dünyada ən sıx müşahidə olunan tək gen pozğunluğudur. Talassemiyanın əsas səbəbi insanda olan 46 cüt xromosomdan 11-ci xromosomla 16-cı xromosomda yaranan qüsurdur.

Ona görə də dünyada milyonlarla insan bu cür xəstələrin tam sağalana qədər həyatda qalması üçün mütəmadi qan vermə aksiyalarına qoşulurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti