...

8669 əlil reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib

Cəmiyyət Materials 8 May 2018 14:30 (UTC +04:00)
Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslərin 8669 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib.
8669 əlil reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslərin 8669 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu dövrdə ehtiyaclarına uyğun olaraq onlar 358 ədəd aşağı və yuxarı ətraf, həmçinin döş protezi, 441 ədəd yuxarı və aşağı ətraf ortezi, 2382 ədəd müxtəlif reabilitasiya vasitəsi, 138 ədəd bel və boyun nahiyəsi üçün korset, 229 cüt protez ayaqqabı, 1242 cüt ortopedik ayaqqabı ilə təmin olunublar. Bu təbəqədən olan insanlara 362 ədəd dördayaqlı dayaq vasitəsi, 486 cüt dirsəkaltı ağac, 866 ədəd əsa və s. də verilib.

Yanvar-aprel aylarında tibbi göstərişi olan əlillər isə 353 ədəd əlil arabası ilə təmin olunublar.

Əlilliyi olan şəxslərin müraciətləri əsasında onlara məxsus 207 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat isə təmir edilərək yenidən onlara təqdim edilib.

Qeyd olunan dövrdə həmin müəssisələr tərəfindən ümumilikdə 3258 nəfər əlilliyi olan şəxsə (o cümlədən 450 nəfər Qarabağ müharibəsi əlilinə) xidmət göstərilib. Həmin insanlardan 204 nəfəri stasionar şəraitdə reabilitasiya xidmətləri ilə təmin olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti