...

Heydər Əliyevin doğum günü münasibətilə Eko-Parkda 20 mindən artıq gül əkilib (FOTO)

Cəmiyyət Materials 10 May 2018 12:47 (UTC +04:00)
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar olaraq “Azərişıq” ASC tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.
Heydər Əliyevin doğum günü münasibətilə Eko-Parkda 20 mindən artıq gül əkilib (FOTO)

Bakı. Trend:

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar olaraq “Azərişıq” ASC tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.

ASC-dən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin “Azərişıq” ASC-də yaranmış ənənəyə uyğun olaraq növbəti güləkmə aksiyası Bakı şəhərinin Zirə Mədəniyyət Mərkəzi - Eko-Park ərazisində keçirilib, 20 mindən artıq gül əkilib.

Əkilən güllərin mühafizəsi və onlara mütəmadi qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti