...

İsmayıllıda avtomobil körpüsünü sel apardı

Cəmiyyət Materials 11 May 2018 10:33 (UTC +04:00)
İsmayıllı rayonuna yağan güclü leysan nəticəsində bir körpünü sel aparıb.
İsmayıllıda avtomobil körpüsünü sel apardı

Bakı. Samir Əli - Trend:

İsmayıllı rayonuna yağan güclü leysan nəticəsində bir körpünü sel aparıb.

Bu barədə Trend-ə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının I müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev məlumat verib.

Komissiya sədri bildirib ki, rayonun dağlıq ərazisinə yağan güclü yağış və dolu kəndlərdə vətəndaşlara ziyan vurub: "Əsasən, Basqal, Sulut, Köhnə Daxar və Zərnava kəndlərinə dolu düşüb. Hadisə nəticəsində vətəndaşların əkin sahələrinə ciddi ziyan dəyib, Basqal-Sulut yolundakı körpünü sel aparıb.

Hazırda əraziyə texnikalar cəlb edilib və sel aparan körpü bərpa edilir"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti