...

İran və Azərbaycan limanlar arasında ticarət əlaqələrinin genişləndirilməsi barədə razılığa gəliblər

Cəmiyyət Materials 14 May 2018 00:59 (UTC +04:00)
İran limanları və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında ticarət və nəqliyyat əməkdaşlığının genişləndirilməsi üzrə danışıqlar aparılır.
İran və Azərbaycan limanlar arasında ticarət əlaqələrinin genişləndirilməsi barədə razılığa gəliblər

Bakı. Əli Qasımov - Trend:

İran limanları və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında ticarət və nəqliyyat əməkdaşlığının genişləndirilməsi üzrə danışıqlar aparılır.

Trend-in məlumatına görə, bunu İranın limanlar və gəmiçilik təşkilatının direktorunun müavini Hadi Haqşenas bildirib.

Onun sözlərinə görə, Şimal-Cənub dəhlizi vasitəsilə yüklərin daşınmasını asanlaşdırmaq üçün daha çox səy göstəriləcək: "İranın Azərbaycanın paytaxtı Bakıda keçirilən Limanlar üzrə Ümumdünya Konfransında iştirak etməsi iki ölkə arasında limanların potensialını nəzərdən keçirmək və müzakirə etmək üçün münasib fürsət oldu. Bir çox investorlar İran limanlarının imkanları ilə tanış deyil. Bu səbəblə İranın mötəbər beynəlxalq tədbirlərdə iştirak etməsi Tehran və Bakı arasında ikitərəfli münasibətləri xeyli genişləndirməyə kömək edəcək".

Qeyd edək ki, Bakıda 8-11 may Limanlar üzrə Ümumdünya Konfransı (World Ports Conference 2018) keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti