...

Təbriz küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır XƏRİTƏ

Cəmiyyət Materials 16 May 2018 17:49 (UTC +04:00)
Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.
Təbriz küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır  XƏRİTƏ

Bakı. Elçin Mehdiyev - Trend:

Aparılan təmir işləri ilə əlaqədar olaraq, may ayının 16-dan 17-nə keçən gecədən etibarən Təbriz küçəsinin Tələt Şıxəliyev və Əbdüləzəl Dəmirçizadə küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti