...

Əfv komissiyasının iclasları YEKUNLAŞDI! (ÖZƏL)

Cəmiyyət Materials 17 May 2018 17:41 (UTC +04:00)
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Əfv komissiyasının iclasları YEKUNLAŞDI! (ÖZƏL)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Komissiyanın üzvü Rəşad Məcid özəl olaraq Trend-ə bildirib ki, bugünkü iclasda da 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.

Onun sözlərinə görə, bununla da komissiya iclaslarını yekunlaşdırıb: "Artıq müvafiq sənədlər hazırlanıb ölkə başçısına təqdim ediləcək".

Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 1500-ə yaxın müraciətə baxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti