...

Bu küçədə hərəkət dəyişdiriləcək, 2 prospektdə nəqliyyat yükü azalacaq (FOTO)

Cəmiyyət Materials 5 İyun 2018 10:16 (UTC +04:00)
Paytaxt küçələrindən birində hərəkət dəyişdiriləcək.
Bu küçədə hərəkət dəyişdiriləcək, 2 prospektdə nəqliyyat yükü azalacaq (FOTO)

Bakı. Samir Əli - Trend:

Paytaxt küçələrindən birində hərəkət dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Trend-ə bildirib ki, bu yay hərəkətin dəyişdiriləcəyi ünvanlardan biri Fəzail Bayramov küçəsidir.

M.Ağayev deyib ki, bu küçədə geriyədönmə yerini təşkil etməklə sürücülərin Yusif Səfərov küçəsinə çıxış imkanı asanlaşacaq və yeni inşa edilən yolun funksionallığı artacaq:

"Qeyd edək ki, hazırda Fəzail Bayramov küçəsinin şərq hissəsində yaşayan sakinlər şəhər mərkəzinə gedərkən Yusif Səfərov küçəsinə daxil olmaq üçün yeni yoldan istifadə edə bilmirlər. Bu səbəbdən onlar Babək və Xocalı prospektlərindən istifadə etmək məcburiyyətində qalırlar. Bu isə pik saatlarda hər iki prospektin nəqliyyat yükünün əhəmiyyətlə dərəcədə artmasına səbəb olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti