Bakı. İlhamə İsabalayeva - Trend:
Dövlət İmtahan Mərkəzi (DİM) AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlara müraciət edib.
DİM-dən Trend-ə verilən məlumata görə, AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və cari ildə müvafiq proqramlar üzrə magistraturaya qəbul imtahanında iştirak edərək dövlət sifarişi üzrə ixtisaslaşma seçiminə buraxılmaq üçün minimal tələbləri ödəyən bakalavrlar 2018-ci il 7-10 iyun tarixlərində DİM-in internet saytında qeydiyyatdan, 12-14 iyun tarixlərində isə AMEA-da müsahibədən keçməlidirlər.
Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul yalnız dövlət sifarişi əsasında aparılır, təhsilalma forması əyanidir. Müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.
AMEA-nın magistraturasına qəbul aparılan ixtisaslaşmalar və müsabiqə şərtləri haqqında məlumat “Magistr” jurnalının 2018-ci il tarixli 4‑cü sayında “Cədvəl 2”-də (səh. 5-7) verilib.