...

Elman Rüstəmov manatın devalvasiyasından danışdı (YENİLƏNİB)

Cəmiyyət Materials 14 İyun 2018 11:06 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

Hazırda Azərbaycan manatının devalvasiyası üçün heç bir əsaslı səbəb yoxdur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov bildirib ki, hazırda neftin orta illik qiyməti 70 dollardır, bu da ötən ilin analoji dövrünün göstəricisindən 30 faiz çoxdur:

"Neftin yüksək qiyməti ölkənin strateji valyuta ehtiyatları və AMB-nin valyuta ehtiyatlarının artmasına səbəb olub. Belə ki, strateji valyuta ehtiyatları 2,1 milyard dollar artıb. Daxili bazarda strateji valyutaların artımı göstərir ki, bazarda təklif tələbi ötür. Bu balansa diqqət yetirmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti