Bakı. İlhamə İsabalayeva - Trend:
Bu ilin əvvəlindən indiyədək Azərbaycanda 1600 yeraltı təkan qeydə alınıb.
Bunu Trend-ə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Hüseynova deyib.
Onun sözlərinə görə, həmin təkanların 32-i hissedilən olub. Bu təkanlar daha çox Xəzər dənizində, daha sonra isə ölkənin şimal-qərb rayonlarında, o cümlədən Lerikdə, Ağdamda qeydə alınıb.
Bu ilki təkanların ən güclüsü iyunun 5-də Zaqatalada qeydə alınıb. Həmin gün zəlzələnin maqnitudası 5,5 olub.
V.Hüseynova onu da qeyd edib ki, Lerikdə bu gecə baş verən zəlzələdən sonra 40-a yaxın zəif afterşok qeydə alınıb.