...

Bu gün Bakının və Abşeronun bu yerlərində su kəsiləcək

Cəmiyyət Materials 28 İyun 2018 09:07 (UTC +04:00)
Gün ərzində Ceyranbatan, Saray, Masazır, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu gün Bakının və Abşeronun bu yerlərində su kəsiləcək

Bakı. Trend:

Gün ərzində Ceyranbatan, Saray, Masazır, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-dən Trend-ə verilən məlumata görə, məhdudiyyət Bakıətrafı kənd və qəsəbələrdə su təchizatı sistemlərinin yenidən qurulması layihələri çərçivəsində yeni tikilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədardır.

İstehlakçılardan əvvəlcədən su ehtiyatı toplamaları xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti