...

Məşqçi: İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı yüksək səviyyədə təşkil olunub

Cəmiyyət Materials 30 İyun 2018 14:01 (UTC +04:00)
İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı yarışlarında gimnastların çıxışları yaxşı səviyyədədir
Məşqçi: İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı yüksək səviyyədə təşkil olunub

Bakı. Cani Babayeva - Trend:

İdman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı yarışlarında gimnastların çıxışları yaxşı səviyyədədir.

Bunu Trend-ə idman gimnastikası üzrə Azərbaycanın gənclərdən ibarət milli komandasının məşqçisi Gennadi Kotelnikov deyib.

Məşqçi bildirib ki, uşaqlar yeni proqramları və yeni elementləri yerinə yetirib:

“Onlar üçün bu çıxışlar çox məsuliyyətli və həyəcanlıdır. Bu, gələcək inkişaf üçün yaxşı başlanğıcdır”.

G.Kotelnikovun sözlərinə görə, turnir yüksək səviyyədə təşkil olunub:

“Təşkilatçılıq hərtərəfli mükəmməldir. Gimnastikanın populyarlaşması üçün bu yarışların yüksək səviyyədə keçirilməsi vacibdir”.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatının ikinci günü start götürüb.

Yarışların ikinci günündə kişilər arasında balalar, qadınlar arasında uşaqlar və balacalar kateqoriyalarında çıxışlar baş tutacaq.

Ümumulikdə turnirdə Bakı gimnastika məktəbini, “Ocaq Sport” və “Neftçi” klublarını, “Zirə” mədəniyyət mərkəzini, Respublika Olimpiya İdman Liseyini, eləcə də Sumqayıt şəhərini təmsil edən 100-dən çox gimnast iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti