...

“Azərenerji”: Komissiyanın sədri qəza yerindədir, elektrik enerjisinin verilişinin bərpa edilməsi üçün operativ işlər aparılır

Cəmiyyət Materials 3 İyul 2018 19:57 (UTC +04:00)
Hazırda komissiyanın sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov yeni qəza baş vermiş hadisə yerindədir.
“Azərenerji”: Komissiyanın sədri qəza yerindədir, elektrik enerjisinin verilişinin bərpa edilməsi üçün operativ işlər aparılır

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyev “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Hazırda komissiyanın sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov yeni qəza baş vermiş hadisə yerindədir.

Bunu özəl olaraq Trend-ə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.

Y.Babanlının sözlərinə görə, qəza elektrik enerji sistemində baş verib və hazırda qəzanın səbəbləri araşdırılır.

Y.Babanlı əlavə edib ki, elektrik enerjisinin verilişinin bərpa edilməsi üçün operativ işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti