...

Sabunçu-Zabrat yolunda tıxacda qalıb vaxt itirən, əsəbləri gərilənlərə ŞAD XƏBƏR! (FOTO)

Cəmiyyət Materials 11 İyul 2018 12:48 (UTC +04:00)
Paytaxt yollarında tıxac və digər problemlərin həlli istiqamətində layihələrin icrası davam etdirilir.
Sabunçu-Zabrat yolunda tıxacda qalıb vaxt itirən, əsəbləri gərilənlərə ŞAD XƏBƏR! (FOTO)

Bakı. Samir Əli - Trend:

Paytaxt yollarında tıxac və digər problemlərin həlli istiqamətində layihələrin icrası davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bu çərçivədə Zabrat şosesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində (Sabunçu yol qovşağı) yerüstü piyada keçidinin yaxınlığında işlərə başlanılıb.

Bu məqsədlə yerüstü piyada keçidinin yaxınlığında yerləşən dayanacaq məntəqələrinin yeri dəyişdirilərək cib tipli təşkil ediləcək. Bununla da günün pik saatlarında qeyd edilən yolda nəqliyyatın hərəkətində müşahidə edilən tıxacın aradan qaldırılması və sərnişinlərinin rahatlığının, eləcə də təhlükəsizliyinin təmin edilməsi mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti