...

Azərbaycan Tərcümə Mərkəzinin sertifikatları sahiblərinə təqdim olunub

Cəmiyyət Materials 11 Sentyabr 2018 17:56 (UTC +04:00)
Azərbaycan Tərcümə Mərkəzinin keçirdiyi növbəti seçim turları başa çatıb.
Azərbaycan Tərcümə Mərkəzinin sertifikatları sahiblərinə təqdim olunub

Bakı. Trend:

Azərbaycan Tərcümə Mərkəzinin ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi istiqamətində keçirdiyi növbəti seçim turları başa çatıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, turlardan ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, tibb, hüquq və digər sahələr üzrə uğurla keçmiş tərcüməçilərə sertifikatlar təqdim olunub.

Təqdimat mərasimini giriş sözü ilə seçim turlarının rəhbəri, Mərkəzin tərcümə və nəşr məsələləri üzrə baş redaktoru Vilayət Hacıyev açıb. O, turların başlıca məqsədinin ölkədə dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkarların aşkarlanması olduğunu, ərsəyə gətirilən işin müvafiq sahənin dirçəldilməsinə əlamətdar töhfələr verəcəyini bildirib. Həmçinin imtahan mərhələlərindən uğurla keçmiş və sertifikatlara sahib olmuş mütəxəssislərə dair informasiyaların Mərkəzin məlumat bazasına yerləşdiriləcəyini qeyd edib:

Məlumat Bazası, əsasən, dövlət qurumlarında həyata keçirilən yazışmaların, rəsmi sənədlərin, eləcə də digər mətn və materialların tərtibi və tərcüməsinə cəlb oluna biləcək dil və tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədini daşıyır. Düşünürük ki, bu irimiqyaslı layihə ölkənin dil və tərcümə sahəsində nizam yaradacaq, onun inkişafına əsaslı təkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti