...

Nazirlər Kabineti Bakı İslam Universietinin tələbələrinin yerləşdirilməsi üçün DİM-ə müraciət etdi

Cəmiyyət Materials 24 Sentyabr 2018 16:43 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Nazirlər Kabineti tərəfindən Dövlət İmtahan Mərkəzinə Bakı İslam Universietinin I kursunda təhsil alan tələbələrin başqa ali məktəblərə yerləşdirilməsi üçün müraciət edilib.

Bunu Trend-ə DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.

X.Xanlarzadənin sözlərinə görə, hazırda Bakı İslam Universietinin I kursunda təhsil alan tələbələrin digər ali məktəblərin boş qalan ixtisaslarına yerləşdirilməsi prosesi aparılır. Tələbələrin yerləşdirilməsi zamanı onların ali məktəblərə qəbul imtahanlarında topladığı ballar nəzərə alınır.

DİM rəsmisi Bakı İslam Universitetinin I kursunda hazırda 139 tələbənin təhsil aldığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti