...

"Run Health"dən möhtəşəm layihə - "Azərbaycanda gələcəyin səhiyyəsi və təbabəti" (FOTO, VİDEO)

Cəmiyyət Materials 27 Sentyabr 2018 13:33 (UTC +04:00)
"Run" Şirkətlər Qrupunun tərkibinə daxil olan "Run Health" "Azərbaycanda gələcəyin səhiyyəsi və təbabəti" adlı layihə həyata keçirir.
"Run Health"dən möhtəşəm layihə - "Azərbaycanda gələcəyin səhiyyəsi və təbabəti" (FOTO, VİDEO)

Bakı. Trend:

"Run" Şirkətlər Qrupunun tərkibinə daxil olan "Run Health" "Azərbaycanda gələcəyin səhiyyəsi və təbabəti" adlı layihə həyata keçirir.

Məqsəd ölkədə səhiyyə sektorunun inkişafına, tibbi xidmətlərin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsinə töhfə verməkdir. Şirkət müxtəlif ölkələrdən Azərbaycanın səhiyyə sisteminə investisiya və ən müasir texniki avadanlıqlar cəlb etməyə, azərbaycanlı həkimlərin dünyada tibb sahəsində tanınmış mütəxəssislərin təcrübələrindən yararlanmasına şərait yaratmağa çalışır. Bu istiqamətdə bir sıra addımlar da atılıb.

Layihə çərçivəsində artıq İsrailin Hadassa Dövlət Universitetinin Hospitalı ilə əməkdaşlığa başlanılıb. Razılığa əsasən, İsrailin "NovaMed" şirkəti Azərbaycana laborator-analiz cihazları, "ElsMed" şirkəti isə müxtəlif laboratoriyalar gətirəcək.

"Run Health"in tibbi sahədə beynəlxalq əməkdaşlığı təkcə İsraillə məhdudlaşmır. Şirkət bu sahədə əməkdaşlığın coğrafiyasını daha da genişləndirməyi, Avropa və Amerikanın aparıcı şirkətlərini Azərbaycana cəlb etməyi planşdırır.

"Run Health" artıq "NovaMed"in Azərbaycandakı rəsmi distribütorluğunu əldə edib və bu şirkətin istehsal etdiyi məhsullar yerli bazara çıxarılıb.

Bundan başqa, "Run Health" azərbaycanlı və mütəxəssislər arasında akademik səviyyədə təcrübə mübadiləsi, seminar və konfranslar, onlayn konsiliumlar təşkil edir. Onların arasında dünyaca məşhur doktorlar Çeym Lotanın, Boris Vorşitskinin, Ronen Durstun və s. adlarını məxsusi qeyd etmək olar. Onlardan İsrailin Hadassa Dövlət Universitetinin Hospitalı, Ürək İnstitutunun Kardiologiya şöbəsinin professoru, invaziv kardioloq doktor Boris Vorşitski həm də "Run Health"nin baş məsləhətçisidir.

Artıq ölkəmizin bir sıra tanınmış tibb mütəxəssisləri bu tədbirləri Azərbaycan üçün, səhiyyəmiz və tibb elmimiz üçün çox faydalı olduğunu bildiriblər.

"Run Group"un direktoru İranə Talışxanova deyir ki, sosial layihələrin tərkib hissəsi olan "Azərbaycanda gələcəyin səhiyyəsi və təbabəti" son nəticədə insanların sağlamlığına və rifahına yönəlib: "Bu gün Azərbaycanın inkişaf etməkdə olan səhiyyəsinin daha da güclənməsi, ölkə təbabətinə innovativ texnologiya və metodların daxil edilməsi, mütəxəssislərin təkmilləşdirilməsi, müalicə mərkəzlərinin ən yeni müayinə və müalicə avadanlıqları ilə təmin edilməsi, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi zərurətə çevrilib. Ümid edirik ki, icrasına bir müddət əvvəl başladığımız "Azərbaycanda gələcəyin səhiyyəsi və təbabəti" layihəsi inkişaf etməkdə olan Azərbaycan səhiyyəsinin də dünyada ən qabaqcıl yerlərə çıxmasına töhfə olacaq. Biz bunun üçün əlimizdən gələni etməyə çalışırıq. Əminik ki, atdığımız addımlar ölkəmizin səhiyyə sisteminin və tibb elminin gücləndirilməsinə, son nəticədə isə insanların sağlamlığına və rifahına xidmət edəcək".

Qeyd edək ki, "Run Group"Azərbaycanda insanların daha yüksək keyfiyyətli tibbi müayinə və müalicə xidmətləri alması məqsədilə Göygöl rayonunda Sağlamlıq Mərkəzinin də inşasını həyata keçirəcək. 3 hektarlıq ərazidə inşa olunacaq otel tipli Sağlamlıq Mərkəzinin artıq layihələndirilmə işləri aparılıb və təsdiqlənib.

Əlavə edək ki, şirkətin nəzdində daxili imkanlar hesabına xüsusi fond yaradılıb. Bu fond vasitəsilə maddi imkanı olmayan ağır xəstələrin xarici ölkələrdə müalicəsinə yardım edilir. Artıq bu yolla bir neçə nəfər İsraildə müalicə olunub.

Xatırladaq ki, fəaliyyətini Azərbaycanda əsasən qeyri-neft sektoruna investisiyaların cəlb olunması istiqamətində quran "Run Group" şirkəti bir sıra sahələrdə ardıcıl uğurlar qazanmaqda davam edir. Şirkət layihələri ilə inkişaf etməkdə olan Azərbaycanın dünyada ən qabaqcıl ölkələr sırasına çıxması üçün öz töhfəsini verməyə çalışır. Bu məqsədlə dünyanın bir sıra ölkələrinin nüfuzlu şirkətləri, fondları, elm, təhsil, tibb müəssisələri ilə sıx beynəlxalq əlaqələr quran şirkət hazırda Azərbaycanda tikinti, turizm, səhiyyə, media və kino sənayesi sektorlarında, həmçinin sosial sahədə genişmiqyaslı layihələr gerçəkləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti