...

Milli Onkologiya Mərkəzində ll Bakı Endoskopik Forumu keçirilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 8 Oktyabr 2018 13:53 (UTC +04:00)

Bakı. Trend:

Erkən diaqnostika və az invaziv müalicə metodları sahəsində ixtisaslaşmış dünya şöhrətli “Olympus” konserni ilə birgə ll Bakı Endoskopik Forumu keçirilib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın tanınmış həkim-qastroenteroloqları, onkoloqları, cərrahlar və pediatrlarının iştirak etdiyi forumda Milli Onkologiya Mərkəzinin fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına məlumat verilib.

Tədbirdə Gürcüstanın, Rusiyanın, Ukraynanın, həmçinin Azərbaycan Milli Onkologiya Mərkəzinin aparıcı həkimlərinin məruzələri dinlənilib və elmi fikir mübadiləsi aparılıb.

Forumda MOM-un əməkdaşları məruzə ilə çıxış ediblər.

Tədbirdə endoskopik əməliyyatlar iclas zalında yayımlanıb.

Forumun sonunda iştirakçı həkimlərə müvafiq sertifikatlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti