...

Bakıda asfalt örtüyünün çökdüyü ərazidəki ağaclar qəzalı vəziyyətə düşüb

Cəmiyyət Materials 18 Oktyabr 2018 14:19 (UTC +04:00)
Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində oktyabrın 17-də asfalt örtüyünün çökməsi nəticəsində ərazidə olan bir neçə ağac qəzalı vəziyyətə düşüb.
Bakıda asfalt örtüyünün çökdüyü ərazidəki ağaclar qəzalı vəziyyətə düşüb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsində oktyabrın 17-də asfalt örtüyünün çökməsi nəticəsində ərazidə olan bir neçə ağac qəzalı vəziyyətə düşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib. Baxış zamanı 2 sofora ağacının qəzalı vəziyyətə düşdüyü müəyyən edilib.

Hazırda ərazidə təmir-bərpa işləri aparılır. ETSN-nin mütəxəssislərinin iştirakı ilə qəzalı vəziyyətə düşən ağacların bioloji inkişafını bərpa etmək məqsədilə onlara aqrotexniki qulluq göstərilib, çökmüş sahə torpaqla doldurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti