Bakı. İlhamə İsabalayeva - Trend:
Bakının Səbail rayonunda Badamdar sürüşmə ərazisinin sol hissəsindəki torpaq qatında yeni müxtəlif istiqamətli çatlar əmələ gəlib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik davam edir.
Sürüşmə sahəsinin yuxarı hissəsində yeni uçqun, töküntü prosesləri müşahidə olunur.
Bunun nəticəsində də sürüşmə sahəsinin yuxarı hissəsi fərdi tikililərə doğru irəliləyir.