...

Milli Oftalmologiya Mərkəzi ADA Universitetində aksiya keçirdi (FOTO)

Cəmiyyət Materials 19 Oktyabr 2018 19:10 (UTC +04:00)
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası ADA Universitetində tibbi aksiya keçirib.
Milli Oftalmologiya Mərkəzi ADA Universitetində aksiya keçirdi (FOTO)

Bakı. İlhamə Isabalayeva - Trend:

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası ADA Universitetində tibbi aksiya keçirib.

Mərkəzin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva Trend-ə bildirib ki, oktyabrın 18-19-da keçirilən aksiya zamanı Səyyar Klinika ADA Universitetində 400-ə yaxın müəllim və tələbəyə tibbi xidmət göstərilib. Aksiyanın məqsədi pasiyentlərin səhhətləri ilə bağlı olan problemlərin həllinə kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.

Y.Abdiyeva qeyd edib ki, Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi bu tədbir ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur: "2005-ci ildən mərkəzin Avtomobil Səyyar Klinikası mütamadi olaraq paytaxtda və respublikanın müxtəlif regionlarında pasiyentlərə xidmət göstərir. 2012-ci ildən bu günə qədər Səyyar Klinika tərəfindən Azərbaycanın bir çox ali təhsil müəssisələrində və bir sıra orta məktəblərdə oftalmoloji müayinələr aparılıb. Bununla yanaşı, 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar qatarı fəaliyyətə başlayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti