...

Oktyabrda 8 rayon və şəhərdə əmək yarmarkası keçirilib (FOTO)

Cəmiyyət Materials 1 Noyabr 2018 19:55 (UTC +04:00)
Yarmarkalarda 216 müəssisə üzrə 1545 vakant iş yeri təqdim edilib.
Oktyabrda 8 rayon və şəhərdə əmək yarmarkası keçirilib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən oktyabr ayında respublikanın 8 rayon və şəhərində (Gədəbəy, Göyçay, Kürdəmir, Qazax, Mingəçevir, Samux, Tərtər, Yevlax) işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə əmək yarmarkası keçirilib.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, yarmarkalarda 216 müəssisə üzrə 1545 vakant iş yeri təqdim edilib. İşaxtaran və işsiz vətəndaşlara vakant iş yerləri təqdim olunan işəgötürənlərin nümayəndələri ilə birbaşa ünsiyyət imkanı yaradılıb. Aktiv məşğulluq tədbirlərində 400-ə yaxın şəxsə seçimləri üzrə və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə göndəriş verilib.

Peşə və ixtisası olmadığından özünə münasib iş yeri tapa bilməyən, yaxud peşə bacarığına uyğun iş olmadığı üçün peşəsini dəyişmək istəyən 103 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıb. 37 nəfər isə istəklərinə uyğun olaraq ödənişli ictimai işlərə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti