Bakı. Trend:
Azərbaycanda ilk dəfə Bakının ən tanınmış otellərindən biri olan “Pullman” otelində 16,17,18 Noyabr tarixlərində “Star Kids Group MMC” şirkətinin təşkilatçılığı ilə “Azerbaijan Kids Fashion Week 2018” uşaq moda nümayişi keçirilib.
Trend-in məlumatına görə, “Azerbaijan Kids Fashion Week 2018 “ lahiyəsində 300 model olmaqla 70 modelyer dizaynerin geyim kolleksiyası və tanınmış dünya brendlərinin geyim nümayişi oldu.
Tədbirin layihə rəhbəri “ Star Kids Group” şirkətinin direktoru Aygün Əliyevadır.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az