...

Bakıda külək 22 ağacı aşırdı, 2 maşın əzildi, 1 nəfər xəsarət aldı

Cəmiyyət Materials 29 Noyabr 2018 17:01 (UTC +04:00)
Güclü külək paytaxtda fəsadlar törədib.
Bakıda külək 22 ağacı aşırdı, 2 maşın əzildi, 1 nəfər xəsarət aldı

Bakı. Ceyhun Ələkbərov - Trend:

Güclü külək paytaxtda fəsadlar törədib.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib.

Qeyd olunub ki, güclü külək nəticəsində paytaxt ərazisində 22 irigövdəli ağac aşıb. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tapşırığı ilə Təsərrüfat Birliyi gücləndirilmiş iş rejiminə keçib. Araşdırma zamanı məlum olub ki, hadisə nəticəsində Qoqol küçəsində bir ağac maşının üstünə aşıb. Nəticədə bir nəfər xəsarət alıb.

Bununla yanaşı, paytaxtın Azadlıq prospektində də ağac maşının üzərinə aşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti