Bakı. Sara İsrafilbəyova - Trend:
Azərbaycan-Böyük Britaniya hökumətlərarası komissiyasının növbəti iclası 2019-cu il aprelin 4-5-də Böyük Britaniyada keçiriləcək.
Bunu Trend-ə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin Energetika, ticarət və investisiyalar şöbəsinin rəhbəri Stiv Smit deyib.
O bildirib ki, hazırda iclasın keçirilmə yeri və proqramı ilə bağlı iş gedir.
S.Smitin sözlərinə görə, növbəti iclas enerji, o cümlədən bərpa olunan enerji mənbələrinə, həmçinin səhiyyə, kənd təsərrüfatı, elektron hökumət, ətraf mühit, təhsil, pərakəndə satış və aerokosmik sahələrinə həsr oluna bilər.