...

Səhiyyə Nazirliyi Azərbaycana küləklə birlikdə donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlara münasibət bildirdi

Cəmiyyət Materials 16 Yanvar 2019 17:41 (UTC +04:00)
"Sosial şəbəkələrdə küləklə birlikdə Azərbaycana donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Ölkəmizdə bu virus yayılmayıb".
Səhiyyə Nazirliyi Azərbaycana küləklə birlikdə donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlara münasibət bildirdi

Bakı. İlhamə İsabalayeva - Trend:

"Sosial şəbəkələrdə küləklə birlikdə Azərbaycana donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Ölkəmizdə bu virus yayılmayıb".

Bunu Trend-ə Səhiyyə Nazirliyindən sosial şəbəkələrdə Azərbaycana küləklə birlikdə donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyiblər.

Nazirlik qeyd edir ki, ümumtəhsil müəssisələrində dərslərin dayandırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqəlidir:

"Vətəndaşlardan xahiş olunur ki, təxribata uymasınlar. Ölkədə epidemioloji durum tam nəzarət altındadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti