...

Qulam İsaqzai: Biznes sektoru gənclərin məşğulluğunun təmini sahəsinə öz töhfəsini verməlidir

Cəmiyyət Materials 23 Yanvar 2019 12:48 (UTC +04:00)
Biznes sektoru gənclərin məşğulluğunun təmini sahəsinə öz töhfəsini verməlidir
Qulam İsaqzai: Biznes sektoru gənclərin məşğulluğunun təmini sahəsinə öz töhfəsini verməlidir

Bakı. İlhamə İsabalayeva - Trend:

Biznes sektoru gənclərin məşğulluğunun təmini sahəsinə öz töhfəsini verməlidir.

Trend-in məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, cağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, özəl sektorlar öz ehtiyaclarını düzgün qurmalı və işçilər üçün düzgün şəraitin yaradılması, rəqabətliliyinin artırılması əsas hədəf olmalıdır.

Q.İsaqzai qeyd edib ki, əmək bazarında müəyyən dəyişikliklər edilməli, xarici investorlar və digər aidiyyəti qurumlar bir araya gəlməlidirlər: "Sosial partnyorlar müəyyən platforma yaratmalıdırlar. Azərbaycan dövləti öz öhdəliklərini yerinə yetirməklə dayanıqlı inkişafa nail olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti