...

Azərbaycanda ardıcıl iki zəlzələ baş verib (YENİLƏNİB)

Cəmiyyət Materials 6 Fevral 2019 00:33 (UTC +04:00)
Azərbaycanda 4,4 və 5,3 bal gücündə zəlzələ baş verib
Azərbaycanda ardıcıl iki zəlzələ baş verib (YENİLƏNİB)

İlk xəbər saat 00:19-da yayımlanıb

Bakı. Trend:

Azərbaycanda 4,4 və 5,3 bal gücündə zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub.

Digər 5,3 bal gücündə zəlzələ yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 10 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss olunub.

XXX

00:19

Azərbaycanda 4,5 və 5,1 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 19:20-də (yerli vaxtla saat 23:20) qeydə alınmış 4,5 bal gücündə yeraltı təkanların episentri Bakıdan 150 kilometr şimal-qərbdə, Qəbələdən 66 kilometr şimal-şərqdə və Qubadan 15 kilometr cənubda qeydə alınıb. Zəlzələnin ocağı 40 kilometr dərinlikdə yerləşib.

"UTC" vaxtı ilə saat 19:31-də (yerli vaxtla saat 23:31) qeydə alınmış 5,1 bal gücündə yeraltı təkanların episentri Bakıdan 122 kilometr şimal-qərbdə, Şamaxıdan 41 kilometr şimalda və Altıağacdan 25 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Xəbər lenti

Xəbər lenti