Bakı. İlhamə İsabalayeva - Trend:
Kitab satışı sahəsində piratçılığın səviyyəsi 2005-ci illə müqayisədə 61 faizdən 25 faizə düşüb.
Trend-in məlumatına görə, bu məlumat "İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu" mövzusunda konfransda açıqlanıb.
Həmçinin qeyd edilib ki, piratçılıq audio-video məhsul bazarında 90 faizdən 60 faizə, proqram təminatında 96 faizdən 74 faizə enib.