...

Sumqayıtda avtobus qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ: (ADLAR)

Cəmiyyət Materials 22 Fevral 2019 09:06 (UTC +04:00)
Sumqayıtda marşrut avtobusunun minik avtobusu ilə toqquşması nəticəsində xəsarət alanlardan 19 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında stasionar müalicə alır.
Sumqayıtda avtobus qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ: (ADLAR)

Bakı. Samir Əli - Trend:

Sumqayıtda marşrut avtobusunun minik avtobusu ilə toqquşması nəticəsində xəsarət alanlardan 19 nəfəri Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında stasionar müalicə alır.

Bu barədə Trend-ə açıqlamasında xəstəxananın baş həkimi Rauf Sadıqov deyib.

Baş həkim bildirib ki, xəstəxanada müalicə olunanlardan 6 nəfər reanimasiya şöbəsində, 13 nəfər isə palata şəraitində müalicə olunur: "Reanimasiyaya yerləşdirilən 6 xəstənin vəziyyəti orta ağırdır, həyati təhlükə gözlənilmir. Bu gün həmin xəstələr də palataya köçürüləcək. Palata şəraitində müalicə olunanlardan 5 nəfər bu gün ambulator müalicəyə buraxılacaq".

Belə ki, 1971-ci il təvəllüdlü Kərimova Yeganə Sabir qızı, 1960-cı il təvəllüdlü Həsənova Mahirə Mürsəl qızı, 1978-ci il təvəllüdlü Məmmədova Gülnarə Fərman qızı, 1996-cı il təvəllüdlü İsmayılov Ceyhun Əlməmməd oğlu, 1990-cı il təvəllüdlü Abdullayev Ağamur Çingiz oğlu, 1972-ci il təvəllüdlü Cəbiyeva Ülkər Ağaməmməd qızı, 1966-ci il təvəllüdlü Kətanova Zülfiyyə Əhəd qızı, 1975-ci il təvəllüdlü Mikayılova Sahibə Xudaşirin qızı, 1968-ci il təvəllüdlü Mikayılova Validə Ağaqulu qızı, 1954-cü il təvəllüdlü Əliyeva Svetlana Həzi qızı, 2003-cü il təvəllüdlü Paşayev Vüqar Allahverdi oğlu, 1996-cı il təvəllüdlü Sadıqova İlkamə İlqar qızı və 2006-cı il təvəllüdlü Süleymanov İbrahim Rahib oğlu xəstəxananın travmatologiya və neyrocərrahiyyə şöbələrinə yerləşdirilib.

Hadisə nəticəsində xəsarət alan 1987-ci il təvəllüdlü Rüstəmova Gülnar Nadir qızı, 1964-cü il təvəllüdlü Sadıqova Təranə Cəlal qızı, 1954-cü il təvəllüdlü Tahirov Nuhbala Bəybala oğlu, 1986-cı il təvəllüdlü Nəbiyeva Aynurə Əlağa qızı, 1988-ci il təvəllüdlü Bağırov Emil Hüseyn oğlu və 2002-ci il təvəllüdlü Nəcəfova Nisə Şəmsəddin qızı isə reanimasiya şöbəsində müalicəsini davam etdirirlər.

Xatırladaq ki, fevralın 21-də hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib. Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus minik avtomobili ilə toqquşub.Toqquşmadan sonra avtobus yaxınlıqdakı mağazaya çırpılıb. Hadisə nəticəsində 31 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti