UNEC-də “Elm aylığı” start götürür (FOTO)

UNEC-də “Elm aylığı” start götürür (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin 27 mart tarixinin Azərbaycanda Elm günü kimi təsis edilməsi haqqında Sərəncamını rəhbər tutaraq, UNEC-də elmi fəaliyyətin səmərəli təşkili, idarə edilməsi və inkişafını təmin etmək məqsədilə “El aylığı”nın keçirilməsinə başlanılıb.

Universitetdən Trend-ə verilən məlumata görə, “Elm aylığı”nın bu gün UNEC-də keçirilmiş rəsmi açılış tədbirində rektor, professor Ədalət Muradov, millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri akademik Ziyad Səmədzadə, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik katibi Nərgiz Axundova, UNEC İctimai Nəzarət Şurasının üzvləri və professor-müəllim heyəti iştirak edib.

UNEC-də elmi fəaliyyətin daha da genişləndirilməsi, elmi araşdırmaların, tədqiqatların stimullaşdırılması, tədqiqat universitetinə keçid istiqamətində son illər həyata keçirilən işlər, əldə edilmiş nəticələr, nailiyyətlə barədə giriş nitqi ilə rektor, professor Ə.Muradov çıxış edib.

Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında dövlət başçısının Sərəncamının əhəmiyyəti vurğulayan rektor tədqiqat universitetinə transformasiya istiqamətində tədbirlər həyata keçirən UNEC-də fevralın 27-dən martın 27-dək “Elm aylığı”nın keçirilməsi ilə bağlı əmrin imzalandığını bildirdi. “Elm aylığı”nın günün tələbləri əsasında formaslaşdırılmış, məzmunlu tədbirlər planı çərçivəsində “Yeni elm sahələri – ekonofizika”, “Elm haqqında elm”, “İqtisadiyyat üzrə Nobel laureatları”, “Elmi fəaliyyətin institusional sistemi: müasir vəziyyət və perspektivlər”, “Qeyri-müəyyənlik şəraitində makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqələrini və vergi yükünün qiymətləndirilməsi”, “Azərbaycanda rəqəmsal iqtisadiyyat və inkişaf perspektivləri”, “İslam maliyyəsi: müasir trendlər və inkişaf perspektivləri”, “Tələbələrin elmi fəaliyyətə cəlb olunması: problemlər və perspektivlər”, “Azərbaycan iqtisadiyyatı koqnitiv tədqiqatlar kontekstində” kimi məsələlərə həsr edilmiş tədbirlərin keçiriləcəyi nəzərdə tutulub.

Tədqiqat universitetinə transformasiya hədəfini əsas tutan UNEC-də keçirilən tədbirin adının təsadüfi seçilmədiyini qeyd edən rektor məqsədin elmi tədqiqatların təşkili və aparılması ilə bağlı məsələlərə aydınlıq gətirmək olduğunu diqqətə çatdırıb. Tədqiqat universitetinə transformasiya istiqamətində çoxsaylı tədbirlər həyata keçirmiş UNEC-də 22 tədqiqat mərkəzi, Gənc alimlər şurası, UNEC tədqiqat fondu, Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamenti yaradılmış və digər tədbirlər həyata keçirilib.

Həyata keçirilmiş stimullaşdırıcı tədbirlər çərçivəsində UNEC-in professor-müəllim heyətinin “Web of Science” bazasına daxil edilən elmi əsərlərinin sayında da ciddi artım qeydə alınıb. UNEC-in 1991-2018-ci illərdə “Web of Science” bazasına daxil edilən elmi əsərlərinin (77 əsər) təxminən 56% (43 əsər) son 3 ilin payına düşür. Beynəlxalq səviyyəli universitet olmaq istiqamətində məqsədyönlü addımlar atan UNEC dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” (əvvəlki adı “Thomson Reuters”) şirkətinin mükafatına layiq görülüb. UNEC-in müəöllim heyətinin nüfuzlu elmi jurnallarda nəşrlərinin sayının ilbəil artmasına və dünya elm məkanına uğurla inteqrasiyasına görə “Clarivate Analytics” şirkətinin “Web of Science Awards-2018” və “Most progressive universities in Web of Science for the last 3 years” mükafatlarını qazanıb. UNEC-də “Clarivate Analytics” şirkəti ilə əməkdaşlıq çərçivəsində birgə beynəlxalq konfrans və təlimlər keçirilib. MDB məkanı ölkələrində ilk dəfə UNEC-də elmmetriya haqqında biliklərin sistemləşdirildiyi “Elmmetriya üzrə vəsait: Elm və texnologiyaların inkişaf indikatorları” kitabı tərcümə edilərək çap olunub.

Bu istiqamətdə görülən işləri daha da aktivləşdirmək məqsədi ilə UNEC-də beynəlxalq beyin mərkəzinin yaradılması nəzərdə tutulmuşdur. Sırf elmi araşdırmalar, tədqiqatlar ilə məşqul olan alimlərin, ancaq müəllim olaraq fəaliyyət göstərən əməkdaşlardan fərqləndirilməsinin zəruriliyi vurğulayan rektor, “impact” faktoru yüksək olan elmi nəşrlərdə məqalə cap edən UNEC araşdırmaçıların mükafatlandırıldığını bildirdi.

UNEC-in qısa zaman ərzində böyük uğurlar əldə etdiyi bildirən millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri akademik Ziyad Səmədzadə universitetin ölkənin iqtisadi elmi üçün əhəmiyyətinə toxundu, burada mütəmadi olaraq günün reallıqlarına cavab verən elmi tədbirlərin keçirildiyini bildirdi. Azərbaycanda uğurlu iqtisadi inkişaf strategiyasının icra olunduğunu, ölkədə özünəməxsus iqtisadi modelin formalaşdırıldığını bildirdi. Qabaqcıl təcrübənin tətbiq olunması zamanı Azərbaycanın milli maraqlarının nəzərə alınmasının zəruriliyini bildirən Z.Səmədzadə UNEC-in dünyanın aparıcı universitetləri ilə bir cərgədə olacağına əminliyini vurğuladı.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik katibi Nərgiz Axundova dövlət başçısının Sərəncamı ilə “Elm günü”nün təsis olunmasının əhəmiyyətinə toxundu. Elmin əsas məqsədinin insan həyatının rifahı olduğunu bildirən N.Axundova qlobal elmdə mövcud meyllərin Azərbaycana da təsir etdiyini diqqətə çatdırdı. Akademik dövlətimizin yüksək iqtisadi inkişafına nail olunması üçün indiyə qədər keçilmiş tarixi yolun nəzərdən keçirilməsinin, gələcək inkişafımızın hədəflərini düzgün müəyyən edilməsi üçün zəruri olduğunu bildirdi. Müasir dövrün tələblərini nəzərə almaqla yeni elmi paradiqmin müəyyənləşdirilməsinin zəruriliyini vurğulayan akamedik dünyada standart inkişaf modelinin mövcud olmadığını, ölkənin reallıqlarını nəzərə almaqla yanaşmalardan istifadənin zəruriliyini bildirdi.

UNEC-in Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru, professor Zahid Məmmədov universitetin elmi nailiyyətlərindən və gələcəkdə elmi fəaliyyətin uğurlu təşkili üçün atılan addımlardan danışıb. Alim qeyd edib ki, son illər həyata keçirilmiş tədbirlərin Azərbaycan Dövlət İqtisad Universitetinin nüfuzunun artırılmasına ciddi təsir etdiyini, UNEC professorlarının dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən universitetlərə vizitor alim kimi dəvət edildiyini, II ixtisas qrupu üzrə qəbul imtahanlarında Prezident təqaüdünə layiq görülmüş 74% tələbənin ali təhsil üçün UNEC seçdiyini bildirdi. Hazırda dünyada universitetlərin elmi tədqiqatlar ilə tanındığını bildirən Z.Məmmədov UNEC-in də bu istiqamətdə əməli addımlar atdığını qeyd etdi. UNEC alimlərindən ibarət ekspert qrupunun mediada çıxışlarının, ölkədə gedən sosial-iqtisadi proseslərə münasibətinin iqtisadi gündəmə ciddi qatqı olduğunu nəzərə çatdıran Z.Məmmədov hazırda dünyada elmin bir yarış, mübarizə meydanı olduğunu qeyd etdi. Müasir elmdə əsas qiymətləndirmə meyarı kimi alimin araşdırmalar üçün əldə etdiyi qrantların istifadə olunduğunu bildirdi.

ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb
ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
Bu il Ceyhan terminalından 70 milyon bareldən çox AÇG nefti yola salınıb
Bu il Ceyhan terminalından 70 milyon bareldən çox AÇG nefti yola salınıb
Loading Bars
Xəbər lenti
Bayden ABŞ-ın kiber təhlükəsizliyinin təmin edilməsi lə bağlı qərar imzalayıb
BMT Təhlükəsizlik Şurasının Fələstin və İsrail üzrə iclası mayın 14-ü keçirilə bilər
Qəzza zolağından İsrail ərazisinə 1,5 mindən artıq raket atılıb
Bitkoinin qiyməti 15 faizdən çox ucuzlaşıb
ÜST-nin Baş direktoru koronavirusa qarşı peyvənd olunub
Böyük Britaniyada daha 2 284 nəfər koronavirusa yoluxub
Polislər Mingəçevir və Zaqatalada şəhid ailələrini, qaziləri və aztəminatlı soydaşlarımızı ziyarət ediblər (FOTO)
İsrailin zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 65-ə çatıb
Şəmkirdə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Sloveniyada koronavirusun "Hindistan" ştammına ilk yoluxma halı qeydə alınıb
Bakıda birmərtəbəli evdə yanğın olub
Azərbaycan Prezidenti Ramazan bayramı münasibətilə paylaşım edib (FOTO)
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST
İranın XİN rəhbəri Tehranın Hələbdə Baş Konsulluq açmaq qərarını açıqlayıb
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadakı atəşfəşanlıqdan görüntülər paylaşıb (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 4,8 milyonu ötüb
Prezident İlham Əliyev Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlini qoyub (VİDEO)
Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada xüsusi nümayəndəliyin inzibati binası ilə tanış olublar (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar (VİDEO)
Prezident İlham Əliyev Şuşada xan qızı Natəvanın sarayının qarşısındakı əraziyə baxış keçirib (VİDEO)
Prezident İlham Əliyev “Xarı Bülbül” otelinin nəzdindəki korpusda və kotteclərdə yaradılan şəraitlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışında iştirak ediblər (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bir il bundan əvvəl Şuşada başqa musiqi səslənirdi, başqa hərəkətlər edilirdi
Prezident İlham Əliyev Şuşada jurnalistlərlə görüşüb (VİDEO)
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına məktubla müraciət edib
Gürcüstanda koronavirusa daha 1 409 nəfər yoluxub
Bakıda daha bir piyada səkisinin zəbt olunması halı qeydə alınıb - BNA (FOTO)
"Xarıbülbül" festivalını yenidən izləmək böyük xoşbəxtlikdir - 1990-cı ildə festivalın bədii rəhbəri olmuş Əli Usubov
İsrail hərbçisi Qəzza zolağından raket atəşi nəticəsində ölüb
Gədəbəydə iki mülki şəxs minaya düşüb
Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın Azərbaycana qarşı cinayətlərinə baxacaq (ƏLAVƏ OLUNUB)
DSX azad olunmuş ərazilərə mediatur təşkil edib - Trend TV-nin REPORTAJI (FOTO/VİDEO)
Saatlıda heyvan oğruları dəstə üzvləri saxlanılıb
Peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 558 nəfər koronavirusa yoluxub, 1454 nəfər sağalıb, 13 nəfər vəfat edib
Azərbaycan öz mədəni irsini bərpa edir, “Xarıbülbül” festivalı bunun gözəl nümunələrindəndir - Deputat
Şuşada, Cıdır düzündə "Bayatı Şiraz" (VİDEO)
Heydər Əliyev Fondu tərəfindən nəşr olunan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu Şuşada təqdim edilib (FOTO/VİDEO)
İranda ötən sutka koronavirusdan 366 nəfər ölüb
Zəngilanda DSX-nin yeni hərbi hissəsi tikilir (FOTO)
Polis Lənkəranda əməliyyat keçirib, 3 kiloqramdan artıq marixuana aşkarlanıb (FOTO)
Azərbaycan Prezidenti: Dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
Prezident İlham Əliyev: Bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək
Azərbaycan Prezidenti: Sabah Yuxarı Gövhərağa məscidində bayram namazı qılınacaq
Prezident İlham Əliyev: Bu gün Azərbaycan mədəniyyəti Şuşaya qayıdıb
Prezident İlham Əliyev: Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik
Prezident İlham Əliyev: 44 günlük müharibə bizim şanlı tariximizdir
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək
Prezident İlham Əliyev: Biz bu günü 30 il səbirsizliklə gözləmişik
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev: Biz Şuşaya qayıtmışıq, əbədi qayıtmışıq!
Prezident İlham Əliyev: Şuşada yeni tikiləcək məscidin memarlığı haqqında bir neçə ay fikirləşirdim
Prezident İlham Əliyev: Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb
Prezident İlham Əliyev Şuşada bərpa edilən “Xan qızı” bulağında olub (FOTO/VİDEO)
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Şuşa” yarımstansiyasının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Şuşada “Xarıbülbül” festivalı keçirilib (VİDEO)
Azərbaycanın Gürcüstandakı səfirliyində iftar təşkil edilib (FOTO)
Zəngəzur dəhlizi - Türkiyə ilə Azərbaycan arasındakı məsafə 400 km azalır
Azərbaycan Ordusunda təlimlər keçiriləcək
Ağac kəsən şəxs cəzalandırılıb (FOTO)
Goranboyda polisə zor tətbiq edən şəxslə bağlı cinayət işi başlanıb
Gazelli Group şirkəti şərdə olduğu kimi, xeyirdə də Azərbaycan xalqının yanındadır (FOTO)
Zəngəzur dəhlizi Naxçıvanla quru yolla birbaşa əlaqəmiz üçün alternativsiz məsələdir
Bu il 44 mindən çox şəxsə sosial ödənişlər həyata keçirilib
Ötən gün 18 yanğın olub, 1 nəfər xəsarət alıb
Bakıda ilk dəfə Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları keçiriləcək (VİDEO)
“Azərsun Holdinq”dən Ramazan bayramı aksiyası (FOTO)
Sabah Bakıda 25, rayonlarda 28 dərəcəyədək isti gözlənilir
Xəzər rayonunda Ramazan bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatı paylanıldı (FOTO)
Bakıda təmir gedən yolda tıxac yaranıb (FOTO)
Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı verib
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb (VİDEO)
Azərbaycan Qarabağ münaqişəsini öz gücü ilə həll etdi – Deputat
Mağazadan 5 min manatlıq siqaret və qızıl oğurlayan qohumlar saxlanılıb (FOTO)
Saatlıda gecə işləyən çayxananın fəaliyyəti dayandırılıb (FOTO)
Prezidentin Naxçıvana səfəri həm də böyük rəmzi məna daşıyır - Deputat
ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb
Azərbaycan Vətən müharibəsindəki zəfərlə regionda nəqliyyat infrastrukturunun inkişafı üçün yeni imkanlar açdı - Deputat
Ağdamda azad olunan ərazilərə keçməyə cəhd edən 9 nəfər saxlanılıb
Prospektdə qəza olub, sıxlıq var (FOTO)
Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat
Pentaqon Əfqanıstandakı hərbçi sayını açıqlamır
Məşhur "La Skala" teatrı fəaliyyətini bərpa edir
Qazaxıstanda koronavirusa daha 1 811 nəfər yoluxub
Peru mətbuatı Qarabağdakı erməni vandalizmi və Azərbaycanın apardığı yenidənqurma işləri haqda yazıb
2022-ci ilin "Dakar" ralli-marafonu keçiriləcək yer açıqlanıb
Filippin sahillərində zəlzələ baş verib
Kanada Hindistana tibbi avadanlıq göndərir
Baydenin köməkçisi İsrail ilə Fələstin arasında sabitliyin bərpasına çağırır
BMT TŞ təcili iclasda Fələstin və İsrail arasındakı vəziyyəti müzakirə edəcək
"Sportinq" futbol üzrə Portuqaliya çempionu oldu
Taliban Əfqanıstanda strateji rayonu nəzarətinə alıb
Kolumbiyada etiraz aksiyaları zamanı 40-dan çox insan həlak olub
İsrailin hava zərbələri nəticəsində Qəzza sektorunda 30 fələstinli həlak olub
Tel-Avivdəki Ben Qurion hava limanı raket zərbələri səbəbindən uçuşları dayandırır
Zəngəzur dəhlizi Muxtar Respublikanın inkişafında yeni mərhələ açır - TƏHLİL
"Mançester Siti" 7-ci dəfə İngiltərə çempionu oldu
Türkiyədə son sutkada koronavirusdan 22 253 nəfər sağalıb
Bütün xəbərlər