...

Bir sıra müəssisələrin adlarında "sağlamlıq imkanları məhdud" sözlərinin dəyişdirilməsi təklif edilir

Cəmiyyət Materials 6 Aprel 2019 10:46 (UTC +04:00)
Bir sıra müəssisələrin adlarında "sağlamlıq imkanları məhdud" sözlərinin dəyişdirilməsi təklif edilir.
Bir sıra müəssisələrin adlarında "sağlamlıq imkanları məhdud" sözlərinin dəyişdirilməsi təklif edilir

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması Azərbaycanda bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Heydər Əliyev Mərkəzində keçirilən "Fərqli Fərdlər" 1-ci Xüsusi qayğıya ehtiyacı olan uşaqlar konqresində çıxışı zamanı deyib.

H.Hüseynova bildirib ki, Azərbaycan Prezidenti tərəfindən aparılan uğurlu siyasət nəticəsində bu gün uşaq hüquqları sahəsində əsaslı nailiyyətlər əldə olunub: "Azərbaycanda uşaq hüquqlarının qorunması sahəsində çox güclü qanunvericilik bazası mövcuddur".

Komitə sədri əlavə edib ki, bu sahədə çox mühüm sənədlərin hazırlanması və qəbul olunması nəzərdə tutulur: "Bu gün Azərbaycanda təhsil, tibb, istirahət və digər xidmətlərin əlçatan olması üçün ciddi islahatlar aparılır. Azərbaycanda dövlət tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün hər cür şərait yaradılıb. Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqların hərtərəfli inkişafı istiqamətində gördüyü çox önəmli və genişmiqyaslı işləri xüsusilə qeyd etmək lazımdır".

H.Hüseynova, həmçinin bir sıra müəssisələrin adlarında "sağlamlıq imkanları məhdud" sözlərinin dəyişdirilməsini təklif edib: "Sağlamlıq imkanları məhdud" sözlərinin yazılması oradakı uşaqların cəmiyyətə inteqrasiyasında müəyyən problem yarada bilər. Bu ad sanki bir damğa təsiri bağışlayır. Belə adlara yenidən baxılması yaxşı olardı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti