...

İcbari tibbi sığorta üzrə pilot layihə müddətində anadangəlmə ürək qüsurlu 27 uşaq əməliyyat olunub

Cəmiyyət Materials 6 Aprel 2019 11:12 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan vətəndaşı olan 18 yaşınadək şəxslər, ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar icbari tibbi sığorta haqqından azaddırlar.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Heydər Əliyev Mərkəzində keçirilən "Fərqli Fərdlər" 1-ci Xüsusi qayğıya ehtiyacı olan uşaqlar konqresində çıxışı zamanı deyib.

Z.Əliyev bildirib ki, həmin şəxslər üçün müəyyən edilmiş illik tibbi sığorta haqqı dövlət büdcəsi hesabına ödəniləcək.

O qeyd edib ki, pilot layihə müddətində Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında anadangəlmə ürək qüsuru olan 27 uşağın əməliyyat olunması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti