...

Rusiyanın daha bir aviaşirkəti Azərbaycana uçuşlar həyata keçirməyi planlaşdırır

Cəmiyyət Materials 11 Aprel 2019 21:03 (UTC +04:00)
Rusiyanın “Smartavia” şirkəti Azərbaycana uçuşlar həyata keçirəcək
Rusiyanın daha bir aviaşirkəti Azərbaycana uçuşlar həyata keçirməyi planlaşdırır

Bakı. Trend:

Rusiyanın “Smartavia” şirkəti Azərbaycana uçuşlar həyata keçirəcək.

Trend-in məlumatına görə, bunu şirkətin kommersiya direktoru Svetlana Rodionova bildirib.

Onun sözlərinə görə, ümumilikdə “Smartavia” yay mövsümündə 60-dan çox marşrut üzrə uçuşlar həyata keçirəcək.

Yeni istiqamətlər arasında Vladiqafqaz, Mineralnıye Vodı, Gelencik şəhərləri də yer alacaq.

Bundan başqa, aviaşirkət Gürcüstanın Tbilisi və Batumi şəhərlərinə reysləri artırmağı və Türkiyəyə reyslər həyata keçirməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti