...

"Yaz Məktəbi" çərçivəsində avropalı alimlərin iştirakı ilə forum təşkil olunacaq

Cəmiyyət Materials 12 Aprel 2019 12:34 (UTC +04:00)
Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə Avropanın 3 nüfuzlu professorunun iştirakı ilə təşkil olunacaq bilogiya və riyaziyyat sahələrinə həsr olunan "Yaz Məktəbi" çərçivəsində forum da təşkil olunacaq.
"Yaz Məktəbi" çərçivəsində avropalı alimlərin iştirakı ilə forum təşkil olunacaq

Bakı. Trend:

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə Avropanın 3 nüfuzlu professorunun iştirakı ilə təşkil olunacaq bilogiya və riyaziyyat sahələrinə həsr olunan "Yaz Məktəbi" çərçivəsində forum da təşkil olunacaq.

Mayın 2-də qonaq professorların iştirakı ilə təşkil olunacaq forum saat 15.00-da başlayacaq.

İştirak üçün aşağıdakı linkdə qeydiyyatdan keçmək lazımdır: https://docs.google.com/forms/d/e/1FAIpQLScd9Gr0x863j8eKhnI9EaIqKePEAb0UjQ_l57vLMz-k1WpaBw/viewform?usp=sf_link

Xatırladaq ki, "Yaz Məktəbi" çərçivəsində professorların mühazirələri nəzərdə tutulub. 29 Aprel-2 may tarixlərində, dörd gün ərzində davam edəcək məktəbdə Almaniya və Danimarkadan olan alimlərin mühazirələri dinləniləcək.

Aprelin 29-da Danimarka Texniki Universiteti Tətbiqi Riyaziyyat və Kompüter Elmləri Kafedrasının professoru Mads Peter Soensen “Biologiya və əczaçılıq sənayesində riyazi modelləşdirmə: Qanın laxtalanmasının mərhələsi” mövzusunda çıxış edəcək.

Professorun 1 may tarixində “Biologiya və əczaçılıq sənayesində riyazi modelləşdirmə: Aktiv İnsulin istehsal edən Beta-hüceyrələr” mövzusunda da mühazirəsi olacaq.

Almaniyanın Mübahisələrin həlli Mərkəzinin professoru Florian Rupp isə aprelin 30-u və mayın 2-də “Selikli canlıların həyatının modelləşdirilmiş və təhlil edilmiş formulu” mövzusunda mühazirə ilə çıxış edəcək. Mayın 1-də isə professorun “Həyat elmlərində süni intellektin perspektivləri” mühazirəsi təşkil ediləcək.

Almaniyanın Çatışmazlıqların aradan qaldırılması Mərkəzi və Kiber İnnovasiyalar Mərkəzinin tədqiqatçı alimi Rupert Brandmeier isə 2 may tarixində “Kiber-fiziki və kiber-sosial infeksiyalar” ilə bağlı çıxış edəcək.

Mühazirələr saat 09.00-da başlayacaq.

Mühazirələrdə, eləcə də forumda iştirak ödənişsizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti